BAKI. 22 mart. TELEQRAF

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker Braziliya millisinin düşərgəsini tərk edib.

Teleqraf Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli qolkiper Kolumbiyaya qarşı DÇ-2026-nın seçmə oyununda rəqib müdafiəçi Davinsson Sançeslə toqquşub.

Nəticədə o, başından zədə alıb.

Beker hazırda özünü yaxşı hiss etsə də, protokolda beyin silkələnməsi yazıldığı üçün martın 25-də Argentina millisinə qarşı oynaya bilməyəcək.

Alisson "Liverpul"un düşərgəsinə qayıdacaq.