
BAKI, 30 mart. TELEQRAF
“İran ikitərəfli təmaslardan imtina etməyib və heç vaxt dialoqdan yayınmayıb. Mövcud problemlərin kökündə duran vədlər pozulur. ABŞ etimadını bərpa etmək üçün real addımlar atmalıdır”.
Teleqraf xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian bildirib: “Əvvəlki razılaşmalar üzrə öhdəliklər yerinə yetirilərsə, danışıqları davam etdirmək imkanı yaranacaq. Gələcək hadisələr ABŞ-nin mövqeyindən və davranışından asılıdır”.
Yada salaq ki, İran Prezidenti ABŞ-yə məktub göndərərək, Birləmiş Ştatlarla birbaşa danışıqlardan imtina edib.
ABŞ Prezidenti Donald Tramp isə İranı hədələyən bəyanatla diqqət mərkəzinə düşüb. O, İranın razılığa gəlməyəcəyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib.