BAKI, 19 mart. TELEQRAF

Tomas Baxa ömürlük Beynəlxalq Olimpiya Komitəsinin (IOC) fəxri prezidenti statusu verilib.

Teleqraf xəbər verir ki, IOC üzvləri Yunanıstanda keçirilən sessiyada 71 yaşlı almaniyalı funksionerin ömürlük fəxri prezident olmasına səs veriblər.

IOC-da prezident seçkiləri martın 20-də baş tutacaq.

Qeyd edək ki, Tomas Bax 2013-cü ildən IOC-un rəhbəridir. O, 2025-ci il iyunun 23-də postundan ayrılacaq.