BAKI, 30 mart. TELEQRAF

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, həlledici görüşdə NTD və Gəncə komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan matçda NTD 81:72 hesablı qələbə qazanaraq ölkə kubokuna yiyələnib.

Qaliblərə mükafatları Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Fərrux Mahmudov təqdim edib.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunu “Neftçi” komandası qazanmışdı.