BAKI, 31 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ilk rəsmi səfəri üçün ölkə seçib.

Teleqraf xəbər verir ki, o, may ayında Səudiyyə Ərəbistanına gedə bilər.

Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə deyilir: "Prezident Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır. Bu, onun Ağ Evə qayıtdıqdan sonra xaricə ilk səfəri olacaq".

Qeyd olunur ki, Tramp Ağ Evə rəhbərlik etdiyi ilk müddətdə ilk xarici səfəri zamanı Səudiyyə Ərəbistanına da gedib.