BAKI. 27 mart. TELEQRAF

Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlığın gedişi ilə tanış olmaq üçün Gəncə şəhərinə səfər edib.

Teleqraf xəbər verir ki, nazir səfəri zamanı açılış mərasiminin keçiriləcəyi Gəncə şəhər stadionuna da baş çəkib.

O, stadiondakı tikinti işləri ilə yaxından maraqlanıb və bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Video-görüntülərə əsasən, arenada tikinti işləri sürətlə davam edir.

15400 tamaşaçı tutumuna malik olacaq stadionun sentyabrın 28-də keçiriləcək açılış mərasiminədək istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Gəncə və digər 6 şəhərdə təşkil olunacaq III MDB Oyunları oktyabrın 8-dək davam edəcək.