
BAKI. 25 mart. TELEQRAF
Rusiyalı fiqurlu konkisürən Veronika Jilina gələn mövsümdən Azərbaycan yığmasında çıxış edəcək.
Teleqraf-ın xəbərinə görə, bu barədə TASS-a etibarlı mənbədən məlumat verilib.
Onun Azərbaycan Qış İdman Növləri Federasiyası (AQİNF) ilə ilkin danışıqlar apardığı bildirilir. Lakin AQİNF-dən onlara belə bir informasiyanın daxil olmadığı açıqlanıb. Mənbə razılaşmaların hələlik qeyri-rəsmi xarakter daşıdığını və rəsmiləşmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Veronika Jilina Rusiyanın titullu idmançısı Yevgeni Plyuşenkonun yetirməsidir. Ötən mövsüm o, zədə ilə əlaqədar yarışları buraxmalı olub. 17 yaşlı fiqurlu konkisürən 2023-cü ildə gənclər arasında Rusiya çempionatının və Qran Pri finalının qalibi olub.