BAKI, 30 mart. TELEQRAF

Həbsə alınan Anahit Xalatyan vəkilinə xəbər vermədən gizli şəkildə İrəvana aparılıb.

Bu gün naməlum mülki şəxslər tərəfindən oğurlandığı iddia edilən "Bizim şəhər" seçki blokunun Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd Anait Xalatyanı gizli şəkildə İrəvana aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Arsen Babayan öz "Facebook" hesabında yazıb.

Gizli şəkildə oğurlanmış namizədin həbs olunduğu bildirilir. Bu barədə məlumat verən hüquq-mühafizəçisi onun Şirak rayon polis bölməsindən vəkilindən xəbərsiz, gizli şəkildə İrəvana köçürüldüyün yazıb.

Vəkilin sözlərinə görə, bu həbs üçün heç bir əsası yoxdur.

Xatırladaq ki, bu gün Gümrü və Parakarda (Ermənistan) Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirilir. Bir neçə saat əvvəl isə namizədlərdən biri Anahit Xalatyanın naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat yayılıb.