
BAKI, 31 mart. TELEQRAF
Martın 30-da İsrailin aviazərbələri nəticəsində Qəzza zolağının müxtəlif bölgələrində azı 64 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Bildirilir ki, Cəbəliyyə, Deyr əl-Bələh, Qəzza, Xan Yunis şəhərləri və onlara bitişik yaşayış məntəqələri bombardmana məruz qalıb.
Qəzza Səhiyyə Nazirliyi məlumata şərh verməyib. Fələstinin HƏMAS hərəkatı ölənlər arasında uşaqların da olduğunu iddia edir.