
BAKI. 30 mart. TELEQRAF
Bakıda karate üzrə Qran Pri keçiriləcək.
Azərbaycan Karate Federasiyasından Teleqraf-a verilən məlumata görə, aprelin 5-də Sərhədçi Olimpiya İdman Mərkəzində start götürəcək yarışa 4 qitənin 20-dək ölkəsindən 1000 karateçi qatılacaq.
İki gün davam edəcək turnirin açılış mərasimi aprelin 5-də saat 15:00-da olacaq.