BAKI, 30 mart. TELEQRAF

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidentinin adanı ələ keçirmək təhdidləri fonunda Qrenlandiyaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, baş nazirin səfəri aprelin 2-dən 4-dək davam edəcək.

Frederiksen krallıq və ada arasında gələcək "yaxın və etibarlı" əməkdaşlığı səbirsizliklə gözlədiyini bildirib.

Siyasətçi vurğulayıb ki, onun üçün Qrenlandiyaya mümkün qədər tez “səfər etmək” və adanın yeni hökumət başçısı Yens-Frederik Nilsenlə görüşmək çox vacibdir.

Baş nazir deyib: "Mən yerli xalqın və siyasətçilərin Qrenlandiyaya qarşı böyük təzyiqlərlə mətanətlə sinə gərmələrinə dərin hörmət bəsləyirəm".

O əlavə edib ki, baş verənlər siyasi qüvvələrin birliyini və bərabər əsasda əməkdaşlığı tələb edir.