
BAKI, 30 mart. TELEQRAF
“Son 10 gündə baş verən hadisələr və küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdindən başqa bir şey deyildi”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu partiya üzvlərinə video müraciəti zamanı deyib.
Dövlət başçısı Türkiyənin ağır dönəmdən uğurla adlayacağına əminliyini ifadə edib: “Məhkəmə üzvlərinə, onların ailələrinə və uşaqlarına hədə-qorxu gəlirlər. Müxalifətin təzyiq göstərmək cəhdləri indiyədək nəticəsiz qalıb. Millətimiz tələni gördü və təxribatçıların toruna düşmədi”.