
BAKI, 31 mart. TELEQRAF
"Biz sülhü yaxınlaşdırmaq üçün amerikalı tərəfdaşlarımızla mümkün qədər səmərəli və tez işləməyə hazırıq".
Teleqraf xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında belə yazıb.
O bildirib ki, atəşkəsin qeyd-şərtsiz və etibarlı olması ilə bağlı müttəfiqlər arasında ortaq məxrəc var.
V.Zelenski yazıb: "Hazırda Rusiya bu müharibəni uzatmaq üçün bəhanələr axtarmaqda davam edir. Putin 2014-cü ildən bəri eyni oyunu oynayır. Bu, hamı üçün təhlükəlidir və ABŞ, Avropa və sülhə can atan bütün qlobal tərəfdaşlarımızdan müvafiq cavab olmalıdır".
Ukrayna Prezidenti əlavə edib: "Biz Amerika ilə daha çox əlaqə saxlamalı, Rusiyanı sülhə məcbur etməyin yollarını tapmalı və atəşkəsdən sonra növbəti addımımıza çevrilməli olan təhlükəsizlik zəmanətləri üzərində işləməliyik".