BAKI, 31 mart. TELEQRAF

Kanadanın Ontario əyalətində buz fırtınası 400 minə yaxın evi işıqsız qoyub.

Bu barədə yerli telekanallar məlumat yayıb .

Fırtına ağacların elektrik xətlərinə aşmasına səbəb olub. Elektrik enerjisi geniş miqyasda kəsilib.

Ən çox işıqsız qalanlar əyalətin mərkəzi və şərq hissəsində yaşayanlardır.

Kommunal şirkətlər hələ də enerjinin nə vaxt bərpa olunacağını deyə bilmirlər. Ontarionun bir neçə şəhəri fövqəladə vəziyyət elan edib. Şəhər rəhbərliyi sakinləri lüzumsuz səyahətlərdən çəkinməyə, yıxılan ağaclardan, budaqlardan və dağılan elektrik xətlərindən uzaq durmağa çağırır.