BAKI. 21 mart. TELEQRAF

CONCACAF Millətlər Liqasında son finalçı müəyyənləşib.

Teleqraf xəbər verir ki, Meksika millisi ABŞ-da keçirilən yarımfinal görüşündə Kanadaya qalib gəlib - 2:0.

Hər iki qolu 1-ci və 75-ci dəqiqələrdə Raul Ximenes vurub.

Finalda Meksika Panama ilə, 3-cü yer uğrunda görüşdə isə Kanada ABŞ-la üz-üzə gələcək.