
BAKI, 3 mart. TELEQRAF
Sərnişinlərin hava nəqliyyatına olan tələbatını ödəmək məqsədilə Qazaxıstan aviaşirkətləri Novruz bayramı günlərində uçuşların sayını artıracaqlar.
Teleqraf xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinin məlumatına görə, mart ayının 16-dan 30-dək əlavə olaraq 120 reys təyin edilib.
Uçuş cədvəlinə əlavə olaraq “Air Astana” aviaşirkətinin Almatı-Bakı istiqaməti üzrə əlavə reys daxil edilib.