BAKI, 3 mart. TELEQRAF

Enerji səmərəliliyi ən ciddi, əhəmiyyətli enerji mənbəyi sayılır. 2030-cu ilədək nəzərdə tutulan 2 giqavatlıq nəticəni düşünürük ki, 2027-2028-ci ildə əldə edək.

Teleqraf xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisdə "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

“Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının (İES) yenidən qurulması nəticəsində ölkədə 1,5 milyard kubmetr qaza qənaət edəcəyik. Bu əhali üçün yaxşı xəbərdir. Bu daha ucuz qaz deməkdir”, – deyə nazir müavini deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər xalis sıfır ərazi zonası elan olunub.

Nazir müavini onu da əlavə edib ki, ölkəmizdə ildə 5 milyard kubmetrdən çox qazdan istifadə edilir.