BAKI, 3 mart. TELEQRAF

Ukraynadakı münaqişənin nizamlanması üçün tutarlı sülh planı hələ də gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Son belə sülh planlarının bəzi ilkin eskizləri ortaya çıxır. Amma gündəmdə hansısa əlaqələndirilmiş institusionallaşdırılmış sülh planının olduğunu söyləmək hələ tezdir”, - Kreml nümayəndəsi qeyd edib.