BAKI, 3 mart. TELEQRAF

Qərb ölkələr qruplara parçalanmağa başlayıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Kollektiv Qərb qismən öz kollektivliyini itirməyə, ölkələr qruplara parçalanmağa başlayıb.

Daha doğrusu, müharibə tərəfi təşkil edən, müharibəyə dəstək və hərbi əməliyyatların davam etdirilməsini təmin etmək baxımından Ukraynanı dəstəkləməyə davam etməyə hazır olduğunu bəyan edən bir qrup ölkə qalır”, - Krem nümayəndəsi bildirib.