
BAKI, 3 mart. TELEQRAF
Bakıda “Sovetski” kimi tanınan ərazidə meyit tapılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Murtuza Muxtarov küçəsi ev 45-in qarşısında naməlum kişi meyiti tapılıb.
Müəyyən edilib ki, ölən şəxs Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Bürhan Davud oğlu Kərimidir.
Onun hansı səbəbdən ölməsi məlum deyil.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.