İtaliyanın “Milan” klubu İngiltərənin “Mançester Siti” komandasından futbolçu Kayl Uolkeri heyətinə cəlb edib.

Teleqraf.com xəbər verir ki, İngiltərə millisinin üzvü cari mövsümün sonuna qədər Milan təmsilçisinin şərəfini qoruyacaq.

“Qırmızı-qaralar” 34 yaşlı müdafiəçini satınalma hüququna malikdir. Uolker yeni klubunda “32” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kayl Uolker 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. O, bu mövsüm ərzində 18 oyunda iştirak edib.