
BAKI, 8 mart. TELEQRAF
Almaniya Bundesliasında 25-ci turun oyunları keçirilir.
Teleqraf xəbər verir ki, “Bavariya” öz meydanında gözlənilmədən “Bohum”a uduzub – 2:3.
Son çempion “Bayer” də azarkeşlərini məyus edib. Leverkuzen təmsilçiləri isə evdə “Verder”ə məğlub olub – 0:2.
Hazırda “Bavariya” 61 xalla (25 oyun) liderliyini qoruyur. “Bayer” 53 xalla (25 oyun) 2-ci yerdədir.