
Azərbaycan və Haiti milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşün start fiti saat 21:45-də çalınacaq.
Martın 25-də isə Azərbaycan yığması Bank Respublika Arena"da Belarusla üz-üzə gələcək. Bu oyun da eyni saatda başlanacaq.