
BAKI, 12 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Kursk qruplaşmasının idarəetmə mərkəzində olub.
Teleqraf yerli saytlara istinadən xəbər verir ki, Rusiya lideri hərbi forma geyinib.
V.Putin federasiyanın Silahi Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.
Rusiya Prezidenti qısa zamanda Kursk vilayətində Ukrayna hərbi qüvvələrini tamamilə darmadağın etməyi tapşırıb. O, eyni zamanda Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik zolağının yaradılmasını da təklif edib.