BAKI, 8 mart. TELEQRAF

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Bax idman federasiyalarını 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya oyunlarının təsnifat turnirlərində rusiyalıların iştirakına icazə verilməsi imkanlarını araşdırmağa çağırıb.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, BOK rəhbəri xüsusən qış idmanı federasiyalarının məsələyə çox diqqətlə baxmalı olduğunu qabardıb.

Bax mövqeyini belə izah edib: “Olimpiya hərəkatının missiyası birləşməkdir".

Xatırladaq ki, Tomas Bax yaxın vaxtlarda postunu tərk edəcək. BOK-un İcraiyyə Komitəsi onun prezident vəzifəsindən istefasını qəbul edib. Qərar iyunun 23-dən sonra qüvvəyə minəcək. Bax 10 ildən atrıqdır BOK-a rəhbərlik edir.

Qurumun yeni rəhbərinin adı BOK-un martın 18-21-də Afinada baş tutacaq toplantısında bəlli olacaq.