BAKI, 13 mart. TELEQRAF

ABŞ-nin arsenalında Rusiyaya qarşı "dağıdıcı" təzyiq vasitələri var.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

O bildirib: “Maliyyə baxımından xoşagəlməz şeylər var, onları etmək olar. Maddi cəhətdən nəsə edə bilərəm. <...> Maliyyə baxımından biz Rusiya üçün çox pis, dağıdıcı işlər görə bilərik”.

Eyni zamanda, Tramp Rusiya-Ukrayna münaqişəsinin həllini arzuladığı üçün bu addılmları atmaq istəmədiyini vurğulayıb.

O, əlavə edib ki, o, Rusiya tərəfinin atəşkəs təklifinə dərhal razılıq verməsini gözləyir.