BAKI, 7 mart. TELEQRAF

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Teleqraf xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov səsvermə əsasında komitənin yeni sədri seçilib.

O, yeni vəzifədə quruma uzun müddət rəhbərlik etmiş Şahin Əliyevi əvəzləyib. Onun 2024-cü il dekabrın 29-da 70 yaşı tamam olub.

Qeyd edək ki, Xüsusi Olimpiya hərəkatı əqli imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan insanlara atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır.