BAKI, 12 mart. TELEQRAF

Moskva Qarnizonu Hərbi Məhkəməsi dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevin həbs müddətini daha iki ay uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS hakimiyyətdəki mənbəsinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir: “Paşayevin həbs müddəti mayın 15-dək uzadılıb”.

Qeyd edək ki, azərbaycanlı keçmiş vəkil ötən ilin sentyabr ayının ortalarında hərbi məhkəmə tərəfindən həbs edilib. Ona 46 milyon rubldan çox məbləğdə dələduzluq ittihamı irəli sürülüb (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi).

İstintaqın məlumatlarına görə, o, bu pul qarşılığında Aleksey Blinovskiyə özünü və həyat yoldaşı olan bloger Yelena Blinovskayanı vergidən azad etməyi vəd edib.