
BAKI, 12 mart. TELEQRAF
Azərbaycan paralimpiyaçısı Polad Rzayev ABŞ-nin Kolorado ştatında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən keçirilən tibbi təsnifatda iştirak edib.
Teleqraf xəbər verir ki, Rzayev paralimpiyanın dağ xizəyi idman növündə LW3 kateqoriyası (dizdən aşağı iki ayağın amputasiyası) üzrə ömürlük iştirak hüququna yiyələnib.
Bununla da Polad Rzayev beynəlxalq yarışlarda və Qış Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirlərdə iştirak edə biləcək. İdmançının yarışlara hazırlığı və yarışlarda iştirakı üçün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.