
BAKI, 7 mart. TELEQRAF
"General Motors" və "TWG Motorsports"un "Cadillac" komandasının 2026-cı ildən etibarən dünya çempionatında iştirakı təsdiqlənib.
Teleqraf xəbər verir ki, Beynəlxalq Avtomobil İdmanı Federasiyası və Formula 1 şirkəti bütün müvafiq idman, texniki və kommersiya qiymətləndirmələrindən sonra belə qərar qəbul edib.
"Cadillac" "Andretti" kollektivi ilə birləşərək, 11-ci komanda olacaq.
Sonuncu dəfə Formula 1-də 2016-cı il dünya çempionatında 10-dan çox komanda çıxış edib.