
BAKI, 12 mart. TELEQRAF
Basketbol üzrə Azərbaycan Kubokunda daha iki yarımfinalçımüəyyənləşib.
Teleqraf xəbər verir ki, günün ilk oyununda “Gəncə” "Sərhədçi"ni 94-89 hesabı ilə üstələyib.
"Neftçi" isə "Sabah"dan güclü olub - 85:81.
Beləliklə, yarımfinal mərhələsində "Neftçi" NTD ilə, “Naxçıvan” isə “Gəncə” ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları martın 28-i Bakı İdman Sarayında keçiriləcək. Turnirin final oyunu isə martın 30-da oynanılacaq.