
BAKI, 12 mart. TELEQRAF.
BMT-nin Beynəlxalq Məhkəməsi aprelin 28-də İsrailin işğal olunmuş Fələstin əraziləri qarşısında öhdəlikləri ilə bağlı dinləmələrə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilir.
Sənəddə qeyd olunur ki, məhkəməyə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan ümumilikdə 45 yazılı müraciət daxil olub. Aprelin 28-də məsələ ilə bağlı şifahi dinləmələr keçiriləcək.
Xatırladaq ki, 2024-cü il dekabrın 19-da BMT Baş Assambleyası İsrailin öhdəlikləri ilə bağlı qurumun Beynəlxalq Məhkəməsindən tövsiyə rəyi almaq barədə qətnamə qəbul edib.