
BAKI, 12 mart. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi mətbuat konfransında Avropa İttifaqına (Aİ) çağırış edib.
Teleqraf xəbər verir ki, məlumatı haber7.com saytı yayıb.
Tükiyədə səfərdə olan Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında gündəmlə bağlı mühüm açıqlamalar verən R.T.Ərdoğan deyib: "Bu gün biz Polşanın Aİ Şurasına sədrliyi çərçivəsində aktual regional və qlobal problemləri, o cümlədən Türkiyə - Aİ münasibətlərini müzakirə etdik. Biz hər dəfə vurğulayırıq ki, Aİ-yə tam üzv olmaq bizim strateji hədəfimizdir.
Tez-tez həmkarlarımızla Aİ ilə əməkdaşlığımızı qarşılıqlı fayda və hörmət əsasında davam etdirmək istəyimizi müzakirə edirik. Aİ gücünün və nüfuzunun itirilməsinin qarşısını almaq, hətta bunu tərsinə çevirmək istəsə, buna ancaq Türkiyənin tam üzvlüyü ilə nail ola bilər".