BAKI, 12 mart. TELEQRAF

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, “Mersedes” markalı minik avtomobili motosikllə toqquşub.

İnsident Gəncə şosesində yerləşən kafelərdən birinin yaxınlığında baş verib. Hadisə zamanı motosikli idarə edən 1977-ci il təvəllüdlü Mehman Səfərov xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.