
BAKI, 7 mart. TELEQRAF
Monteneqroda 20 yaşadək şahmatçılar arasında dünya çempionatında bu gün sonuncu turun oyunları keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamova ilə heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Allahverdiyeva dünya çempionatının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.