
BAKI, 12 mart. TELEQRAF
Lissabondan Londona uçan "Tap Air Portugal" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin salonu tüstü ilə dolub.
Teleqraf xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, təyyarənin göyərtəsində 194 sərnişin və ekipaj üzvləri olub.
Uçuşdan az sonra salonda tüstülənmə müşahidə edilib. Pilotlar həyəcan təbili çalaraq Porto hava limanına enmək qərarına gəliblər. Havaya qalxdıqdan 1 saat 15 dəqiqə sonra təyyarə hava limanına təhlükəsiz eniş edib.
Hadisə nəticəsində 9 nəfər xəstəxanaya çatdırılıb, daha iki sərnişinə isə yerindəcə tibbi yardım göstərilib. Sərnişinlər ürəkbulanma və baş ağrılarından şikayət ediblər.