BAKI, 12 mart. TELEQRAF

Rusiyanın "Salavat Yulayev" hokkey klubunun baş direktorunun birinci müavini Aleksandr Kislitsın və komandanın rəisi Yuri Popov martın 6-da Xabarovsk hava limanında saxlanılıb.

Teleqraf-ın "Sport Baza"ya istinadən məlumatına görə, funksionerlərin üzərində 5,5 kq qara kürü olub.

Popov bildirib ki, məhsul ona məxsusdur. O, kürünü özü üçün ikinci əldən aldığını, heç bir qəbz və sənədinin olmadığını deyib. Rəisin sözlərinə görə, satıcı kürünün süni şəkildə yetişdirildiyini, bunun isə heç bir problem yaratmayacağını bildirib.

"Salavat Yulayev"in nümayəndələri dindirildikdən sonra sərbəst buraxılıblar.

Popova qarşı, ilkin məlumatlara görə, Cinayət Məcəlləsinin 258.1-ci “Xüsusi qiymətli vəhşi heyvanların və su bioresurslarının qanunsuz çıxarılması və dövriyyəsi” maddəsi ilə istintaq başa çatıb. Kürü ekspertizaya göndərilib.

"Salavat Yulayev" Kontinental Hokkey Liqasının müntəzəm çempionatında Xabarovskda "Amur"u 2:1 hesabı ilə məğlub edib.