
BAKI, 12 mart. TELEQRAF
“Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi”.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir: “Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyyik və və terror təhdidinin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik".