
BAKI, 12 mart. TELEQRAF
“ABŞ və Ukrayna arasında aparılan danışıqlarda Ukraynanın atəşkəsi qəbul etməsini müsbət və vacib hadisə hesab edirik”.
Teleqraf xəbər verir ki, bu sözləri Tükiyədə səfərdə olan Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi sülh təklifinə müsbət rəyini bildirməlidir: “İndi Rusiyanın buna konstruktiv cavab verməsini vacib hesab edirik. Türkiyənin mövqeyi ilk gündən çox aydındır. Daha çox qan tökülməməsini və müharibənin ədalətli sülhlə bitməsini istəyirik. Rusiya və Ukrayna danışıqlar masasına qayıtsa, biz prosesə ev sahibliyi etməyə hazırıq”.