
BAKI, 7 mart. TELEQRAF
Dünya Güləş Birliyi (UWW) məşhur türkiyəli güləşçi Rıza Kayaalpı ağır cəzalandırılıb.
Teleqraf xəbər verir ki, tanınmış idmançı 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Kayaalp qadağan olunmuş pereparatlardan istifadə etməkdə günahlandırlıb.
Qeyd edək ki, türk pəhləvan dünya və Avropa çempionudur, Olimpiya oyunlarında gümüş medal qazanıb.