Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Report"a qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov açıqlama verib.

O bildirib ki, italiyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub.