
BAKI, 14 mart. TELEQRAF
İsrail döyüş təyyarələri Suriyanın paytaxtına yaxın Masro Dummar bölgəsinə hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, hücumla bağlı açıqlama verən İsrail Müdafiə Nazirliyi Suriya Prezidenti Əhməd Şaraanı hədələyib.
Müdafiə naziri Yisrael Katz qeyd edib ki, Əhməd Şaraa İsrail təyyarələrinin onun başı üzərində dövrə vurduğunu və terrorçu hədəflərə hücum etdiyini görəcək: "Suriyanın İsrail üçün təhlükə olmasına imkan verməyəcəyik".
İsraildə yayımlanan "Kanal 14" televiziyasının xəbərinə görə, İsrailin Dəməşqə həyata keçirdiyi hava hücumunda hədəf Fələstin İslami Cihad Hərəkatının qərargahı olub.