.jpg)
BAKI, 14 mart. TELEQRAF
"Rusiyanın Vaşinqtonun müttəfiqlərinə hücum edəcəyinə şübhə edirəm və bunun baş verməyəcəyinə əminəm".
Teleqraf xəbər verir ki, bu barədə Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.
“Rusiyanın ABŞ-nin digər müttəfiqlərinə hücum edəcəyini düşünmürəm. Biz bunun baş verməməsinə əmin olacağıq”, - ABŞ prezidenti bildirib.