BAKI. 13 mart. TELEQRAF

“Sabah” komandasının qapıçısı Stas Pokatilov və yarımmüdafiəçisi Vinsent Till öz ölkələrinin milli komandalarına dəvət alıblar.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Pokatilov Qazaxıstan, Till isə Lüksemburq yığmasına çağırılıb.

Qeyd edək ki, Qazaxıstan DÇ-2026-nın seçmə mərhələsində səfərdə martın 22-də Uels, martın 25-də Lixtenşteynlə qarşılaşacaq. Lüksemburq isə martın 22-də İsveç, martın 25-də İsveçrə ilə yoxlama oyunu keçirəcək.