
BAKI, 14 mart. TELEQRAF
Samuxda 10 min manatlıq quldurluq cinayətinin bəzi detalları məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə martın 8-i gecə saat 2 radələrində baş verib. Beş nəfər dəstə şəkilində quldurluq məqsədi ilə Çobanabdallı kənd sakininin evinə girib. Həmən vaxt ev sahibinin özü və həyat yoldaşı evdə olub. Quldurlar yaşlı ər-arvadın əl və ayaqlarını bağlayaraq evdən 3522 manat dəyərində pul və 7 min manat dəyərində qızıl zinət əşyalarını oğurlayıblar.
Quldurluğa məruz qalan ailə hevandarlıqla məşğul olur. Ailənin bir övladı var və valideyinlərindən ayrı yaşayır.
Saxlanılan şəxslər arasında bir nəfər ailənin qohumudur.
07:50
Samuxda evdən 3 min manatdan artıq pul və 7 min manat dəyərində qızıl oğurlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində bir qrup naməlum şəxsin evlərdən birindən 7.000 manat dəyərində qızıl-zinət əşyaları və 3522 manat nağd pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 33 yaşlı İ.Hüseynov, 23 yaşlı Ü. Hüseynov, 24 yaşlı R. Rzayev, 36 yaşlı B. Yusifov və 28 yaşlı T. Salahlı maddi sübutlarla birlikdə saxlanılıblar.
Fakta görə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır.