BAKI, 14 mart. TELEQRAF

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Teleqraf xəbər verir ki, Türkiyənin turnirin bu mərhələsində yeganə təmsilçisi "Fənərbağça" komandası Şotlandiyada "Reyncers"in qonağı olub.

İlk görüşdə öz meydanında 1:3 hesabı ilə uduzmuş İstanbul komandası cavab oyununda fərqi aradan qaldırıb - 2:0.

Əlavə vaxtda da hesab dəyişmədiyindən, penaltilər seriyasına müraciət olunub.

Bu mərhələdə isə "Reyncers" daha dəqiq olub - 3:2.

Beləliklə, "Fənərbağça" mübarizəni dayandırıb, "Reyncers" isə 1/4 finala yüksəlib. Şotlandiya təmsilçisinin növbəti mərhələdə rəqibi İspaniya "Atletik"i olacaq.

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

13 mart

21:45. "Atletik" (İspaniya) - "Roma" (İtaliya) - 3:1

İlk oyun - 1:2

21:45. "Ayntraxt" (Almaniya) - "Ayaks" (Niderland) - 4:1

İlk oyun - 2:1

21:45. "Latsio" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 1:1

İlk oyun - 2:1

21:45. "Olimpiakos" (Yunanıstan) - "Budö Qlimt" (Norveç) - 2:1

İlk oyun - 0:3

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 4:1

İlk oyun - 1:1

00:00. "Tottenhem" (İngiltərə) - AZ (Alkmaar, Niderland) - 3:1

İlk oyun - 0:1

00:00. "Reyncers" (Şotlandiya) - "Fənərbağça" (Türkiyə) - 0:2 (Penaltilərlə - 3:2)

İlk oyun - 3:1

00:00. "Lion" (Fransa) - FCSB (Rumıniya) - 4:0

İlk oyun - 3:1