
BAKI, 14 mart. TELEQRAF
Fələstinin Qəzza şəhərində Əl-Şifa xəstəxanasının həyətindəki dağıntılar altından 48 nəfərin meyiti çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalının yerli mülki müdafiə departamentinə istinadən məlumat yayıb.
Bildirilir ki, fövqəladə hallar xidməti və könüllülər dağıntılar altından 180 nəfərdən 48-nin cəsədini çıxara biliblər.
İsrailin atəşi və bombardmanından sonra Əl-Şifa xəstəxanasının həyəti dağıntılarla dolu qalıb. Şəhər sakinləri adi kürəklər və yalın əllə dağıntıları təmizləyir, tapılan cəsədləri adət-ənənəyə uyğun olaraq dəfn edirlər.
Qeyd edilir ki, tapılan 48 cəsəddən 38-nin şəxsiyyəti artıq müəyyən edilib. Mülki Müdafiə Departamentinin məlumatına görə, 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri xəstəxananın həyətində 180-ə yaxın insan dəfn edilib.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə daxil olaraq yerli sakinləri qətl edib, bəzilərini girov götürəndən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Fələstin anklavında bu il yanvarın 19-dək quru əməliyyatı həyata keçirib.