.jpg)
BAKI, 14 mart. TELEQRAF
ABŞ Rusiya Federasiyası ilə beynəlxalq layihələrdə Qazprom enerji holdinqi ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" agentliyi Rusiya və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
“Birləşmiş Ştatlar Ukrayna üzrə sülh sazişinin əldə edilməsində vasitəçilik cəhdləri fonunda enerji nəhəngi Qazprom ilə qlobal layihələrdə əməkdaşlıq imkanlarını araşdırır”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, bu məsələ ilə bağlı iki ölkə arasında danışıqlar ilkin mərhələdədir.