
BAKI, 14 mart. TELEQRAF
"NATO Qrenlandiyanın ABŞ-yə mümkün birləşməsi mövzusuna toxunmamalıdır".
Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla birgə brifinqdə bildirib.
"Mən NATO-nu bu işə sürükləmək istəmirəm", - Rutte Qrenlandiyada vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.