
BAKI, 14 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın bank və neft-qaz sektorlarına qarşı sanksiyaları artırır.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
“Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər qoyur, bu da Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdırır”, - nəşr yazır.
Telekanalın məlumatına görə, ABŞ Maliyyə Nazirliyi Rusiya bankları vasitəsilə enerji resursları üçün ödənişlər etməyə imkan verən 8L lisenziyasını yeniləməyib.
Qeyd olunur ki, lisenziyanın olmaması Rusiyadan neft almağı daha da çətinləşdirəcək.